Yardımlıda zəlzələ olub

19 Aprel 2025 16:44 (UTC+04:00)

Yardımlı rayonunda aprelin 19-da zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya bildirilib ki, yerli vaxtla saat 16:00-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,3-ə bərabər olub.

Ocağı 11 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.