Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində "Naxçıvan" "Abşeron"a qalib gəlib. SİA xəbər verir ki, tərəflər arasında Bakı İdman Sarayında baş tutan ilk matçda birincilər 88:83 hesablı qələbəyə sevinib.
Bununla da pley-off mərhələsinin ilk oyunları başa çatıb.
Qeyd edək ki, bu raundun əvvəlki görüşlərində "Şəki" "Gəncə"ni 85:84, Neftçi” "Ordu"nu 93:84, "Sabah" isə "Sərhədçi"ni 90:64 hesabı ilə məğlub edib.