İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarların 27 "yaşıl layihə"sinə 450 min manatdan çox qrant ayırıb. SİA bu barədə KOBİA-ya istinadən xəbər verir.
Məlumata görə, "yaşıl təşəbbüslər"in dəstəklənməsi çərçivəsində 10-dan çox KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.
Bundan başqa, KOBİA "yaşıl İqtisadiyyat"a keçid çərçivəsində 250 təlim, 250-dən çox sahibkarın iştirakı ilə görüş və maarifləndirici tədbirlər, eləcə də 3 daxili bazar araşdıması aparılıb.