Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatına start verilib

19 Aprel 2025 16:00 (UTC+04:00)

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatına start verilib. SİA xəbər verir ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda kişilər 40-49, 50-59, 60-69 və 70-dən yuxarı yaş qrupunda, qadınlar isə 40-dan yuxarı yaş qrupunda mübarizə aparırlar.

Budəfəki çempionata 60-a yaxın iştirakçı qatılıb. Onlar həm şəxsi, həm də qoşa yarışlarda qalib və mükafatçılar müəyyənləşdirəcəklər.

Azərbaycan çempionatına sabah yekun vurulacaq.