Azərbaycan Mərkəzi Bankı 10 fiziki şəxsə və 1hüquqi şəxsə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini bərpa edib. SİA bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Bununla bağlı qərar aprelin 18-də "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub.
"Sığorta vasitəçilərinin fəaliyətinin bərpası onların lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırılmas olub", - məlumatda deyilir.