Ötən gün itkin düşən 8 nəfər tapılıb

19 Aprel 2025 12:25 (UTC+04:00)

Ötən gün respublika üzrə itkin düşən 8 nəfər tapılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 18-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.