Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yer uğrunda oyunlara bu gün start veriləcək

19 Aprel 2025 12:10 (UTC+04:00)

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yer uğrunda oyunlara bu gün start veriləcək. SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Gəncə” “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gələcək.

Bürünc medal uğrunda ilk görüş saat 15:00-da başlayacaq.

Tərəflər arasında ikinci matç sabah keçiriləcək.

Qeyd edək ki, üçüncü yerin qalibi iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki görüşdən sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa qızıl set oynanılacaq.