"Sen anlat Karadeniz"in aktrisası ana olacaq

19 Aprel 2025 07:43 (UTC+04:00)

"Sen anlat Karadeniz" serialı ilə məşhurlaşan türkiyəli aktrisa İrem Helvacıoğlu ana olacaq. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən ilin oktyabrında Ural Kasparla ailə quran məşhur aktrisa 3 aylıq hamilədir. Helvacıoğlu şad xəbəri yaxın dostları ilə bölüşüb. Cütlük hələ körpələrinin cinsini öyrənməyib.