"Defolt dalğası” gözlənilir

19 Aprel 2025 06:55 (UTC+04:00)

Spekulyativ reytinqə malik şirkətlər üçün 2025-ci ildə defolt ehtimalı 2,5 faizdən 3,1 faizə yüksəlib. SİA xəbər verir ki, bu proqnoz beynəlxalq reytinq agentliyi “Moody's”in ekspertləri tərəfindən irəli sürülüb.

Bu göstəricinin hətta 6 faizə qədər arta biləcəyi ehtimal edilir. Bunun baş verməsi üçün “ciddi mənfi şok” belə lazım gəlməyəcək.

Bildirilir ki, proqnozlara təsir göstərən faktorlardan biri ABŞ-ın yeni tarif siyasəti ilə bağlı qeyri-müəyyənlikdir.

Tarif siyasətinin kəskinləşəcəyi təqdirdə ABŞ-ın, o cümlədən qlobal iqtisadi artımı zəiflədəcəyi, maliyələşmə şərtlərinin pisləşəcəyi və investorların riskə daha az meyilli olacaqları güman edilir.