"Bayer”in baş məşqçisi Xabi Alonsonun baş məsləhətçisi İnyaki İbanes “Real”la danışıqlar aparıb. SİA xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində “Sky Sport Germany” nəşrinin jurnalisti Florian Plettenberq məlumat verib. Mənbənin sözlərinə görə, Leverkuzen klubu bu danışıqların mövcudluğuna təəccüblənmir və Alonsonun “Bayer”də qalacağı, yoxsa “Real”ı keçəcəyi ilə bağlı qərarını gözləyir. “Əczaçılar” ispan mütəxəssisin potensial yeni klubunun onlara 15-20 milyon avro məbləğində təzminat ödəyəcəyini planlaşdırır. “Bayer” Alonsonun mümkün gedişinə hazırlaşır və artıq məşqçilik bazarını öyrənir. 43 yaşlı mütəxəssisin alman klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.