Rusiyanın Xalq artisti Mixail Boyarski Sankt-Peterburqda tamaşa zamanı yıxılıb. SİA Rusiya mediasına istinadən xəbər verir ki, hadisə aprelin 14-də baş verib. 75 yaşlı Boyarski səhnədə büdrəyərək təxminən üç metr hündürlükdən kürəyi üstə yerə yıxılıb. Xəstəxanaya yerləşdirilən aktyorun onurğasının sındığı müəyyən edilib. Hazırda sənətçinin vəziyyəti stabilləşib. O, həkim nəzarətindədir.