Bakıda ev yandı

19 Aprel 2025 03:10 (UTC+04:00)

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.