Türkiyə Superliqası: "Qalatasaray"dan növbəti qələbə

19 Aprel 2025 01:10 (UTC+04:00)

Futbol üzrə Türkiyə Superliqasında XXXII tura start verilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, "Qalatasaray" doğma meydanda "Bodrum"u qəbul edib. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da İstanbul nəhəngi turnir cədvəlində 77 xalla liderliyini möhkəmlədib. Qonaqlar isə 34 xalla 14-cü pillədə yer alır.