...Bəşəriyyət artıq robot tozsoranlara və bir çox başqa məişət köməkçilərinə vərdiş edib, amma...
SİA-nın məlumatına görə, bu arada “Toçka” “payı qaldırmağın vaxtıdır” yazıb.
Deməli bu arada Skandinaviya tərtibatçıları təmizlik, yemək bişirmək və s. kimi çoxlu sayda işləri yerinə yetirməyə qadir olan robot təqdim ediblər.
...Robotun adını Neo Qamma qoyublar. O, humanoidin təbii insan yerişi ilə, hətta qollarının hərəkəti ilə hərəkət etməyə imkan verən xüsusi nəzarətçi ilə təchiz olunub. Yəni əsl insan kimi gəzir.
Xadimə robot yerdən əşyaları götürmək, stulda oturmaq və tarazlığı qorumaq üçün çömbələ bilər.
Mühəndislərin iddia etdiyi kimi, yeni məhsul, hətta tanış olmayan şəraitdə belə geniş çeşidli obyektləri götürməyə imkan verən qabaqcıl vizual manipulyasiya sisteminə malikdir.
Bu, xam sensor məlumatlarına əsaslanan hərəkətləri proqnozlaşdırmaq üçün öyrədilmiş neyron şəbəkələri sayəsində əldə edilmişdir.
Layihənin ideyası robotun sizin üçün və ya sizinlə birlikdə istənilən ev işlərini görə bilməsidir. Məsələn, qab-qacaq qoymaq, döşəmələrin tozunu almaq, pəncərələri yumaq, çay dəmləmək və s.
Sadəcə divanda oturaraq onu şarj etmək...deyirsən yəni kifayətdir..?
...Neo Qamma təxminən 22,5 min dollar dəyərində qiymətləndirildi. Lakin satışın başlama tarixi hələ dəqiqləşdirilməyib.
Nazlı Almuradova