…Su birbaşa Yer kürəsində əmələ gəlib,..meteoritlər tərəfindən gətirilməyib. Bu, “İkarus” jurnalında dərc olunan araşdırmanın müəlliflərinin gəldiyi nəticədir.
SİA xəbər verir ki, bu barədə “Discover” portalı qısa məlumat verir.
Alimlər tərkibinə və quruluşuna görə erkən Yer materiyasına bənzəyən meteorit olan enstatit xondriti tədqiq ediblər. Antarktidadan götürülmüş LAR 12252 adlı nümunədə elm adamları xaricdən gətirilə bilməyən hidrogen sulfidlə zəngin bölgələri tapmaq üçün rentgen şüalarından istifadə etdilər. …Bu hidrogen sulfidinin quruda əsaslı çirklənmədən əmələ gəlməsi ehtimalı olduqca aşağı olduğu üçün araşdırma suyun Yer üçün təbii olması nəzəriyyəsini dəstəkləməyə mühüm dəlillər təqdim edir.
Bunu həmmüəllif Tom Berret bildirib.
Onun həmkarı Ceyms Brayson bildirib ki, tədqiqat planetin su ilə zəngin asteroidlər tərəfindən bombalanmasından daha çox “Yerdə suyun əmələ gəlməsinin təbii proses olduğu fikrini dəstəkləyir”".
“Science” jurnalında daha əvvəl dərc edilmiş məqalədə xarici Günəş sistemindən gələn meteoritlərin Yer kürəsinin on faizini təşkil etdiyi bildirilmişdi.
Nazlı Almuradova