“Clone Robotics” şirkəti insana bənzəyən robot yaradıb…

18 Aprel 2025 23:24 (UTC+04:00)

…“Clone Robotics” şirkəti dünyaya “Protoclone” adı verilmiş unikal robotu təqdim edib. Layihənin nəticələri çoxları üçün qorxulu görünə bildiyi üçün mübahisələrə səbəb olub. İnsanabənzər robotların yaradılmasına yanaşma dünyanın müxtəlif yerlərində fərqlidir.

Məsələn, Şərqi Asiyada mühəndislər mümkün qədər insana oxşayan robotlar yaratmağa çalışırlar.

Eyni zamanda, Avropa və Amerikada robotların iki qolu və iki ayağı olan, lakin insanlara bənzəməyən daha mücərrəd formalara diqqət yetirilir.

SİA-nın məlumatına görə, “Protoclone” digər robotlar arasında ona görə seçilir ki, o, hətta texnoloji tərəqqidən və maşınların mümkün üsyanından qorxmayanlarda belə qorxu yaratmağa qadirdir.

“Protoclone”nin unikallığı ondan ibarətdir ki, o, insan orqanizminin quruluşunu təqlid edir.

Robot canlı orqanizm kimi hərəkət etməyə imkan verən sintetik skelet, əzələ və damar sistemi ilə təchiz edilib. Robotun əzələləri süni sümüklərə yapışdırılıb ki, bu da onun hərəkətlərini təbii və real edir.

Bundan əlavə, cihaz 500-dən çox sensorla təchiz olunub ki, onlardan 1000-ə yaxını əzələ fəaliyyətinin monitorinqinə cavabdehdir.

Bu, “Protoclone”-a mühitdəki dəyişikliklərə cavab verməyə və tapşırıqları yüksək dəqiqliklə yerinə yetirməyə imkan verir.

Nazlı Almuradova