“Qarabağ” həndbol klubundan ölkə çempionatında növbəti qələbə

18 Aprel 2025 17:01 (UTC+04:00)

Qadın həndbolçuların Azərbaycan çempionatında final mərhələsinin növbəti turuna start verilib. SİA xəbər verir ki, “AHF Arena”da keçirilən açılış matçında I-IV yerlər uğrunda yarışan “Qarabağ” və “İdman Akademiyası” komandaları üz-üzə gəliblər. Fasiləyə 17:14 hesablı üstünlüklə yollanan nominal ev sahibi ikinci hissədə daha inamlı oyunla qələbəni rəsmiləşdirib -33:26.

Qeyd edək ki, turun digər oyunu aprelin 19-da keçiriləcək.