Yəmənə endirilən zərbələr nəticəsində ölənlərin sayı 70-i ötüb
18 Aprel 2025 17:00 (UTC+04:00)
ABŞ-nin Yəməndəki Ras-İsa limanına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə husilərin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bundan əlavə, 170-dən çox insanın xəsarət aldığı bildirilir.