…Peruda elm adamları 39 milyon il əvvəl Yer kürəsində yaşamış qədim balinanın qalıqlarını öyrənirlər.
İlkin hesablamalara görə, onun çəkisi 60-70 tona çata bilər. Deməli, SİA-nın məlumatına görə, Peru səhrasında qədim dəniz canlısının daşlaşmış qalıqları tapılıb.
Bu, 39 milyon il əvvəl Yer kürəsində yaşamış balinadır. Bu balina həyatı boyu 70 tona qədər çata bilirmiş?
Deyilənə görə, fosillər 14 il əvvəl tapılıb. Lakin onların heyrətamiz ölçüləri onların daşınmasını çətinləşdirdiyinə görə, sümüklərin tədqiqinə yalnız bu yaxınlarda başlanılıb.
Elm adamları indi 13 kütləvi fəqərə, dörd qabırğa və çanaq sümüyünün bir hissəsinə sahibdirlər, bunun əsasında bu sirli məxluqun görünüşünü qismən bərpa edə biliblər.
Lakin bu balinaların nə yediyi barədə etibarlı məlumat yoxdur.
Məsələ burasındadır ki, paleontoloqlar hələ balinanın kəllə sümüyünü və dişlərini tapmayıblar ki, bu da onun pəhrizini müəyyənləşdirməyə kömək edəcək.
Nazlı Almuradova