“Mən niqabın qadağan olunmasının tərəfdarıyam…”

19 Aprel 2025 00:13 (UTC+04:00)

...Rusiya İnsan Hüquqları Şurasının üzvü Eva Merkaçeva bütün Rusiya ərazisində niqab taxmağı qadağan edən qanunun qəbul edilməsinin zəruri olduğunu bildirib. O hesab edir ki, ictimai nəqliyyatda bu cür geyimlər qəbuledilməzdir, çünki orada insanlar görünməlidir.

SİA-nın əldə etdiyi məlumata görə, “Moskva danışır” radiostansiyasında çıxış edən Merkaçova izah edib ki, insanın niyyətini onun mimikasından və gözlərindəki ifadədən müəyyən etmək olar.

Ətrafınızdakı insanlar qəzəbli və kinli bir insanı tanıya biləcəklər.

Qeyd edək ki, SİA-nın da yazdığı kimi, Moskva metrosunda təqaüdçü rus qadını ilə niqablı qız arasında baş verən münaqişə qısa zamanda davaya çevrildikdən sonra niqab taxmaq məsələsi yenidən gündəmə gəlib.

…Problemi dövlət səviyyəsində həll etmək və hüquqi müəyyənlik təmin etmək lazımdır. Mən niqabın qadağan olunmasının tərəfdarıyam, - deyə Eva Merkaçeva bildirib.

…Yeri gəlmişkən, bu günlərdə məlum olub ki, metroda niqablı müsəlman qıza hücum edən rus təqaüdçü qadın 1995-ci ilin iyununda Şamil Basayevin Budyonnovskda “törətdiyi terror aktı”ndan sağ çıxanlardandır..?

…Və yenə də yeri gəlmişkən, martın 1-dən Tula vilayətində məktəblərdə hicab və niqab taxmaq qadağan edilib.

Əli Babayev