Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 11 % artıb

18 Aprel 2025 14:57 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 101,5 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 % çoxdur. SİA xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

"Yeni nəsil NKA-ların tətbiqi istiqamətində işlər davam etdirilir", - deyə məlumatda qeyd olunub.