Bakı-Quba yolunda yol qəzası olub, sürücü ölüb

18 Aprel 2025 14:49 (UTC+04:00)

Bakı-Quba yolunun 29-cu kilometrliyində yol qəzası olub, sürücü ölüb. SİA xəbər verir ki, Fəzail Cəlilovun idarə etdiyi “Hyundai Elantra” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolun kənarında dayanmış Namiq Məhərrəmova məxsus “DAF” markalı yük avtomobilin qoşqusuna çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.