Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin ikinci oyunları keçiriləcək

18 Aprel 2025 12:41 (UTC+04:00)

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün yarımfinal mərhələsinin ikinci oyunları keçiriləcək. SİA xəbər verir ki, əvvəlcə "Xilasedici" "Azərreyl"lə üz-üzə gələcək.

Qarşılaşma saat 15:00-da başlayacaq.

"Neftçi" isə "Murov Az Terminal"la münasibətlərə aydınlıq gətirəcək. Bu matç sat 17:00-da start götürəcək.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Qeyd edək ki, komandalar arasında yarımfinal mərhələsinin ilk matçında "Murov Az Terminal" "Neftçi"ni, "Azərreyl" isə "Xilasedici"ni 3:0 hesabı ilə məğlub edib.