7,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

18 Aprel 2025 10:37 (UTC+04:00)

Aprelin 17-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.