Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, "BMW", "Opel" və "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.