82 yaşlı kişini avtomobil vuraraq öldürüb

18 Aprel 2025 09:48 (UTC+04:00)

Bakıda ölümlə nəticələnən yol qəzası olub. SİA xəbər verir ki, 1992-ci il təvəllüdlü Bağırov Cəsur Cavid oğlunun idarə etdiyi avtomobil Buzovnada yolu keçən piyada 1943-cü il təvəllüdlü Babayev Vasib Murtuza oğlunu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.