Yevlaxda 41 yaşlı kişi iş başında ölüb

18 Aprel 2025 09:44 (UTC+04:00)

Yevlax rayonunda 41 yaşlı kişinin iş başında zəhərlənmədən öldüyü ehtimal edilir. SİA-nın məlumatına görə, hadisə Yevlax rayonun Varvara kəndində qeydə alınıb.

Belə ki, 41 yaşlı E.Bahadurov zirzəmidə iş görərkən ölüb.

Onun benzinlə işləyən generatordan atılan qazdan zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.