Azərbaycanın UEFA reytinqindəki mövqeyində dəyişiklik olmayıb

18 Aprel 2025 09:33 (UTC+04:00)

Azərbaycanın UEFA reytinqindəki mövqeyində dəyişiklik olmayıb. SİA-nın məlumatına görə, bu, avrokuboklarda 1/4 final mərhələsinin cavab oyunlarından sonra müəyyənləşib.

Azərbaycan 19.625 əmsalla 30-cu pillədə qərarlaşıb.

29-cu sırada Bolqarıstan (19.875), 31-ci mövqedə İrlandiya (14.968) yer alıb.

Qeyd edək ki, siyahıya İngiltərə (112.553) başçılıq edir.