"Altıncı hiss”in aktyoru saxlanıldı

18 Aprel 2025 03:38 (UTC+04:00)

Məşhur “Altıncı hiss” filmində rol almış amerikalı aktyor Heyli Coel Osment polis əməkdaşları tərəfindən saxlanılıb. SİA xəbər verir ki, bu haqda TMZ portalı məlumat yayıb. Məlumata görə, aktyor ictimai yerdə sərxoş olub ətrafa narahatlıq yaratmaq və narkotik vasitə saxlamaqda ittiham olunaraq saxlanılıb. Osmentin üzərindən tapılan mənşəyi naməlum maddə müsadirə olunaraq müayinə üçün laboratoriyaya göndərilib.

Qeyd edək ki, karyerasına uşaq ikən başlayan Osment 1994-cü ildə “Forrest Qamp” filmindəki obrazı ilə diqqət çəkib. Amma ən böyük çıxışını 1999-cu ildə “Altıncı hiss” filmindəki Cole Sear rolu ilə edib. Bu performans ona “Ən yaxşı köməkçi aktyor” kimi “Oskar” nominasiyasını qazandırıb.