Yanğın daha bir ailəni evsiz qoydu

18 Aprel 2025 04:47 (UTC+04:00)

Salyan şəhərində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Salyan şəhərində ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağında 1 ədəd çarpayı və 1 ədəd xalça 3 m² sahədə yanıb. Yüksək temperaturdan taxtadan ibarət arakəsmə divar 1 m² sahədə və 1 ədəd masa qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.