…Böyük Britaniyanın Ali Məhkəməsi “qadın” və “qadın cinsi” anlayışlarının tərifini təsdiqləyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC xəbər verir.
Məhkəmə yalnız bioloji cəhətdən həmin cinsə mənsub olanların qadın sayıla biləcəyinə qərar verib.
Məhkəmənin məsələ ilə bağlı qərarı 2010-cu il Bərabərlik Aktının gender tanınma sertifikatlarına malik transgender insanlara şamil olub-olmadığını müəyyən etmək üçün lazım idi.
Qeyd edək ki, məsələni “Qadınlar üçün Şotlandiya” (FWS) qrupu, dəqiq desək qrupun fəalı, yazıçı Coan. Roulinq qaldırıb.
…Hüquq müdafiəçiləri Edinburq məhkəməsinin qərarına etiraz edirlər.
Hansı ki, transseksuallar da qadınlar kimi işə götürülərkən kvota üçün müraciət edə, xəstəxanalarda qadın palatalarında qala, qadın tualetindən istifadə edə və s. bilərlər.
…Bu terminlər “bioloji qadın” və ya “"bioloji cinsi” ifadə edirmi, yoxsa “qadın2 dedikdə Cinsiyyətin Tanınması Sertifikatı (GRC) olan “trans qadın” daxil edilsin?..
…Bu məhkəmənin yekdil qərarı ondan ibarətdir ki, 2010-cu il Bərabərlik Aktında “qadın” və “cins” terminləri bioloji qadına və bioloji cinsə istinad edir.
Bunu “The Guardian” məhkəmənin qərarından sitat gətirir.
Əli Babayev