…Belarusun BelGee şirkəti 2025-ci ilin ortalarında Geely EX5 elektrik krossoverinin istehsalına başlamağı planlaşdırır.
SİA-nın məlumatına görə, bu avtomobil elektromobillər üçün xüsusi olaraq hazırlanmış GEEA 3.0 modul platformasında qurulub.
Krossover 218 at gücünə malik elektrik mühərriki ilə təchiz olunub ki, bu da ona 100 km/saat sürəti 6,9 saniyəyə yığmağa imkan verir.
Litium dəmir fosfat batareyası WLTP standartına uyğun olaraq 430 km məsafəni təmin edir.
Bu modelin artıq mövcud olduğu Rusiyada onun qiyməti 4 099 990 rubldan başlayır.
Rusiya federasiyasında avtomobilə 6 il və ya 150.000 km, akkumulyatora isə 8 il və ya 150.000 km zəmanət verilir. Geely nümayəndələri vurğulayırlar ki, batareyanın ümumi istifadə müddəti 1 milyon kilometr və ya 3500 şarj dövrüdür. “BelGee” şirkətinin sədri Gennadi Sviderski şirkətin 2025-ci il üçün planlarını bölüşüb.
Geely və Belgee avtomobilləri istehsal edən zavod “2025-ci ilin avtomobili” adını “Voyah Free” şirkətinin qazanmasına baxmayaraq, Belarus bazarında hələ də lider mövqeyini qoruyur.
Əsas hadisələrdən biri boya sexinin modernləşdirilməsi olacaq: onun məhsuldarlığı iki növbədə işləyərək ildə 60 min avtomobildən 120 min avtomobilə qədər artacaq. İşlərin 2025-ci ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulur ki, bu da istehsal həcmini artıracaq və boya işlərinin keyfiyyətini yaxşılaşdıracaq, korpus korroziya riskini azaldacaq.
Nazlı Almuradova