… Alimlər təkamülün ilk açıq əlamətlərini göstərən ən qədim dəniz canlısını kəşf ediblər. Tədqiqatçılar bu canlının müstəqil hərəkət edə bilən ilk canlı olduğunu iddia edirlər.
SİA xəbər verir ki,Florida Universitetinin tədqiqatçılarının fikrincə, onun 55 milyon il yaşı var.
Canlıya Quaestio simpsonorum adı verildi. O, təkamülün mühüm xüsusiyyəti olan açıq-aşkar sol-sağ asimmetriyasına malikdir.
Quaestio simpsonorumun planetdə müstəqil hərəkət edə bilən ilk canlı olduğu da məlumdur.
Quaestio simpsonorum kiçik ölçülüdür və ovuç içinə sığır. Onun forması bədənin sol və sağ tərəflərini ayıran sual işarəsinə bənzəyir.
Məxluqun dəniz dibi ilə hərəkət edərkən mikroskopik yosunlar, bakteriyalar və digər orqanizmlərdən qida maddələrini udaraq tozsoran kimi fəaliyyət göstərdiyi güman edilir.
Nazlı Almuradova