Azərbaycanda keçiriləcək U-17 Liqasında 870 cüdoçu mübarizə aparacaq

17 Aprel 2025 14:47 (UTC+04:00)

Azərbaycanda keçiriləcək 17 yaşadək yeniyetmələr arasında liqa yarışında 16 çəki dərəcəsində 870 cüdoçu (690 oğlan, 180 qız) mübarizə aparacaq. Bu barədə SİA-ya Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 101 klub və idman cəmiyyətinin təmsilçiləri çıxış edəcəklər. I tur aprelin 21-22-də gerçəkləşəcək.

Qeyd edək ki, cari ildə U-17 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.