Bu hallarda mütəmadi tibbi müayinələr sayəsində həmin xəstəlikləri ilkin mərhələdə aşkarlamaq və müalicə etmək mümkündür”.Mərkəzi Gömrük Hospitalının rəis müavini, kardioloq Nabil Seyidov ATV-də yayımlanan “Xəbərin olsun” proqramına “Mütəmadi tibbi müayinələrin (Check-up) əhəmiyyəti” mövzusunda müsahibə verib. SİA xəbər verir ki, dr. Nabil Seyidov erkən diaqnostikanın həyat qurtaran roluna diqqət çəkərək, müasir check-up proqramlarının hansı xəstəliklərin qarşısını almağa kömək etdiyini ətraflı şəkildə izah edib, eləcə də ürək-damar xəstəlikləri, şəkərli diabet, yüksək təzyiq, xərçəng və digər xroniki xəstəliklərin erkən aşkarlanması üçün tətbiq olunan geniş spektrli müayinələrdən danışıb.
Maarifləndirici və həyatımız üçün olduqca vacib bu mövzuya dair müsahibəni izləməyi unutmayın!