Selin ekskavatoru aparması nəticəsində xəsarət alanların səhhəti açıqlanıb

17 Aprel 2025 12:31 (UTC+04:00)

Ağsu rayonunda isə selin ekskavatoru aparması nəticəsində xəsarət alan 3 nəfər (kişi cinsli) Şamaxı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Bu barədə TƏBİB-dən SİA-ya bildirilib.

Bildirilib ki, onlardan 2 nəfərin müalicəsi Terapiya şöbəsində davam etdirilir, vəziyyətləri stabildir. Digər şəxsin vəziyyəti isə qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, sözügedən hadisə nəticəsində 1 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Hazırda bölgələrdə müvafiq istiqamətdə tədbirlər fasiləsiz davam etdirilir.