Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq təcili tibbi yardıma 60-dan çox müraciət qeydə alınıb. Bu barədə TƏBİB-dən SİA-ya bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Əhalinin sağlamlığının qorunması və vaxtında tibbi yardımın göstərilməsi məqsədilə fasiləsiz şəkildə xidmət davam etdirilir.