Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Culfa rayonu Ərəzin kəndində fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən SİA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Culfa rayon Dövlət Yanğından Mühafizə Hissəninin bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.
Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 76 m2 olan 1 mərtəbə, 4 otaqdan ibarət olan fərdi yaşayış evinin 12 m2 mətbəxt hisəssinin tavanı yanıb, 64 m2 isə evin içərisində olan əşyalarla birlikdə yanğından mühafizə olunub.