"Aprelin 17-i gecə saatlarında qərb rayonlarında yağıtılar tədricən kəsilib". Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, lakin bəzi şimal və şərq rayonlarında yağıntı davam edir: "Gündüz saatlarında yağıntıların şərq rayonlarında kəsiləcəyi proqnozlaşdırılır. Aprelin 18-i və 19-da Bakıda, həmçinin Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 11-16 dərəcə isti olacaq. Bölgələrdə də yaxın iki gün ərzində əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 14-19, dağlıq ərazilərdə isə 3-8 dərəcə isti olacaq".