İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi auditor seçib

17 Aprel 2025 09:55 (UTC+04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Baker Tilly Audit Azərbaycan" QSC-dir.

Qalib şirkətə 38 940 manat ödəniləcək.

İRİA Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən yaradılıb. Onun nizamnamə kapitalı 6,778 milyon manatdır. Agentlik ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkil edilməsi, yerli innovasiya mühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmət edən publik hüquqi şəxsdir.