Azərbaycan Basketbol Liqasında pley-off mərhələsi başlayır

17 Aprel 2025 09:40 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start veriləcək. SİA xəbər verir ki, bu gün bir qarşılaşma baş tutacaq.

"Şəki" doğma meydanda "Gəncə" ilə üz-üzə gələcək. Qarşılaşma Şəki Olimpiya İdman Kompleksində, saat 14:00-da start götürəcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunlarına aprelin 19-da yekun vurulacaq.