Aprelin 16-da axşam saatlarında rus qoşunları Ukraynanın Dnepr şəhərinə PUA ilə hücum edib. SİA xəbər verir ki, bu barədə Dnepropetrovsk dövlət administrasiyasının rəhbəri Sergey Lısak məlumat yayıb. "Dneprdə PUA-nın hücumu nəticəsində bir neçə yanğın baş verib. Yaşayış binalarına ziyan dəyib. İlkin məlumata görə, iki uşaq yaralanıb", - o, sosial şəbəkə hesabında. Lısak bildirib ki, "rus dünyası" fəaliyyətdədir, tezliklə düşmənin ictimai səhifələrində “NATO zabitlərinin məhv edilməsi” ilə bağlı daha bir şayiə yayılacaq: "Faktiki olaraq Dneprdə dinc əhaliyə qarşı növbəti dəfə terror var: dağılmış evlər, təhsil və mədəniyyət müəssisələri, zədələnmiş avtomobillər. Sadə vətəndaşlar, xüsusən də uşaqlar qorxur”.