…İmperator Qin Shi Huang-ın məzarı hələ də araşdırılmamışdır. Alimləri məzarda ola biləcək tələlər narahat edir. Bundan başqa, tədqiqatçılar məzarda civənin yüksək konsentrasiyasına görə təşvişə düşüblər.
SİA-nın məlumatına görə, alimlər vahid Çinin ilk imperatoru Qin Şi Huanqın məzarını tədqiq etmək üçün bir yol tapmağa çalışırlar. Qəbri açıb araşdırmaq hələ ki mümkün deyil.
Qədim Çin tarixçisi Sima Qianın xəbərdarlığı elm adamlarını dayandırır, o, qəbirdə talançılardan qorunmaq üçün qurulan hər cür tələləri təsvir edir.
Bundan əlavə, elm adamları məzarda yüksək civə konsentrasiyasını tapıblar. Türbənin içərisində simvolik hovuzlar yaratmaq üçün istifadə edilmişdir.
Başqa bir versiyaya görə, Qin Shi Huang özü də ölməzliyə nail olmağa çalışaraq civə ilə şərab içirdi.
Bu amilləri nəzərə alan çinli tədqiqatçılar 3D modelləşdirmə və neyroşəbəkə texnologiyalarından istifadə də daxil olmaqla məsafədən zondlama üsullarını inkişaf etdirirlər.
Nazlı Almuradova