Zaqatalada 35 yaşlı kişi dəm qazından ölüb

16 Aprel 2025 17:18 (UTC+04:00)

Zaqatalada 35 yaşlı kişi dəm qazından boğulub. SİA-nın məlumatına görə, hadisə günorta saatlarında Zaqatala şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən evdə baş verib.

İlkin məlumata görə, 1990-cı il təvəllüdlü Anar Abdullayevin meyiti yaşadığı evin hamamında aşkar edilib. Onun dəm qazından boğulduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.