Tərtərdə 28 yaşlı qadın özünü bıçaqlayıb

16 Aprel 2025 17:04 (UTC+04:00)

Tərtərdə 28 yaşlı qadın özünə xəsarət yetirib. SİA xəbər verir ki, hadisə rayonun Kəbirli kəndində qeydə alınıb. 1997-ci il təvəllüdlü N.Əliyevanın özünə bıçaq xəsarəti yetirdiyi deyilir.

Qarın nahiyəsindən xəsarət alan 28 yaşlı qadın yaxınları tərəfindən Tərtər Mərkəzi rayon xəstəxanasına aparılıb. İlkin tibbi yardım göstərildikdən sonra Bərdə Diaqnostika mərkəzinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.