Qaradağda avtomobil yol kənarındakı su hövzəsinə düşüb

16 Aprel 2025 16:48 (UTC+04:00)

Bakının Qaradağ rayonunda “Lexus” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su hövzəsinə düşüb. SİA-nın məlumatına görə, nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalan sürücü avtomobildə boğulma təhlükəsi ilə üzləşib.

Hadisə yerinə cəlb olunan polis əməkdaşlarının köməyi ilə onun həyatı xilas edilib.