Ağsuda selin ekskavatoru aparması nəticəsində sahə rəisi ölüb

16 Aprel 2025 15:33 (UTC+04:00)

Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi olub. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd olunub ki, rayonun Kalva kəndində baş verən hadisədə daha üç nəfər xəsarət alıb.

Agentlikdən verilən məlumata görə, ölən və yaralananlar Muğanlı- İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olub.

Yerli sakinlərin məlumatına görə, kəskin hava şəraitində, küləkdən qorunmaq üçün işçilər ekskavatora sığınıblar. Bundan sonra gələn sel ekskavatoru aparıb.