"Bağırov" tunelində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

16 Aprel 2025 14:19 (UTC+04:00)

Bakının Nizami rayonu, Heydər Əliyev prospekti, "Bağırov" tunelində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sözügedən tuneldə yağış sularının yığılması səbəbindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.