"Turan Tovuz"un baş məşqçisisinin cəzası açıqlanıb

16 Aprel 2025 13:24 (UTC+04:00)

AFFA İntizam Komitəsi "Turan Tovuz"un baş məşqçisi Kurab Berdiyevi 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırıb. SİA xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

12.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Turan Tovuz” – “Sabah” oyununda “Turan Tovuz” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilsin (maddə 37);

12.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Turan Tovuz” – “Sabah” oyununun 19-cu dəqiqəsində “Turan Tovuz” klubunun baş məşqçisi Kurban Berdiyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyun cəzalansın, “Turan Tovuz” komandası 4000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 43.4, 32);

12.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Turan Tovuz” – “Sabah” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilsin (maddə 52.1);

12.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Turan Tovuz” – “Sabah” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Turan Tovuz” klubu 1000 manat cərimə edilsin (maddə 43.7);

12.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Turan Tovuz” – “Sabah” oyununun 45+2-ci dəqiqəsində “Sabah” klubunun 18 nömrəli futbolçusu Pavol Safranko ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Sabah” klubu 500 manat cərimə edilsin (maddə 36.5);