Bakıda güclü küləyin sındırdığı ağaclar kəsilir

16 Aprel 2025 11:53 (UTC+04:00)

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən dünən axşamdan başlayan güclü küləyin sındırdığı ağaclar kəsilir, qırılan budaqlar budanır, ərazi təmizlənir. Bu barədə SİA-ya Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, hazırda qurumun mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə fəaliyyətlərini davam etdirir.